| Ey göylərdə olan Atamız |
|
Ey göylərdə olan Atamız, İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, Bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, Fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. |
| Amin. |